Sabirabadda dəhşətli hadisə baş verib. APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Moranlı kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Firdovsi Emin oğlu Təhməzov aralarında yaranan münaqişə zəminində qohumu, 1985-ci il təvəllüdlü Natiq Əlövsət oğlu Təhməzovu tüfənglə güllələyərək qətlə yetirib.
Hadisədən sonra F. Təhməzov qətl törətdiyi silahla özünü də gülləyərək intihar edib. Hazırda faktla bağlı araşdırma aparılır.