XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2016 - 13:06

Dünən yol qəzalarında7 nəfər ölüb, 14 nəfər yaralanıb

İyulun 30-da Azərbycanda baş vermiş yol qəzalarında 7 nəfər ölüb.

Lent.az-ın məlumatına görə, şənbə günü ölkə yollarında ümumilikdə 12 yol qəzası baş verib və nəticədə ölən şəxslərdən başqa 14 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bərdədə toydan çıxan şəxslərin olduğu avtomobilin kanala aşması nəticəsində 3 nəfər ölüb. Yevlaxda “Tavria”nın “KamAZ”a çırpılması nəticsində isə iki Qarabağ əlili vəfat edib.

Bundan başqa Bakıda sərnişin avtobusunun piyadanı vurması nəticəsində bir nəfər ölüb. Gədəbəydə isə minik avtomobilinin yük maşınına çırpılması bir nəfərin ölümü, 4 nəfərin isə yaralanmasına səbəb olub.

Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.