Bərdə rayonunda yol qəzası baş verib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 30-da saat 17 radələrində Bərdə rayonunun Nazırlı kəndində kənd sakini Yəhya Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobili su kanalına aşırıb. Nəticədə sürücü və sərnişinləri Bəxtiyar Yusifli və Dilqəm Məmmədov suda boğulub. Meyitlər kanaldan çıxarılıb.