XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2016 - 14:48

Bakıda dəhşətli intihar:özünü 16-cı mərtəbədən atdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə iyulun 29-da rayonun Hidayətzadə küçəsi ev 49/51, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Tamilla Tofiq qızı Mustafayeva yaşadığı 18 mərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb.

O, aldığı xəsarətdən hadisə yerində keçinib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.