XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2016 - 19:31

Yük və minik maşınları toqquşdu:xəsarət alan var

Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 17.30 radələrində Ələt-Astara magistralının 201-ci kilometrliyində, yolun rayonun Digah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Lənkəranın Şilavar kənd sakini, 1973-cü il təvəllüdlü Əhliman İdris oğlu Ağayevin idarə etdiyi "KamAZ" markalı, 42 BM 129 dövlət nömrə nişanlı yük maşını rayonun Gərmətük qəsəbə sakini, 1986-cı il təvəllüdlü Ramin Güldadaş oğlu Babayevin idarə etdiyi "Mercedes" markalı, 42 BC 003 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.  

Güclü zərbə nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib, həmçinin onun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi istintaq və təhqiqat Şöbəsində araşdırma aparılır.