Azərbaycanda bir gündə 3 nəfər tok vurmadan ölüb.
Daxili İşlər Nazirliyi xəbər verir ki, avqustun 1-də Şirvan şəhərində yaşayan Mədinə Kərimova, Sabirabad rayonunda yaşayan Güllü Baxışova, Neftçala rayonunda yaşayan Teymur Abışov elektrik cərəyanı vurması nəticəsində ölüblər.
Hadisələrlə bağlı araşdırmalar aparılır.