Paytaxtın Sabunçu rayonu Elşən Mehdiyev küçəsinin 9 aylıq sakini Hüseynin anası xəstə yanına getmək adı ilə onu bir neçə saatlıq qonşuya verib və qayıtmayıb.
Lent.az xezerxeber-ə istinadən xəbər verir ki, qonşular həmin qadının yaxınlıqda fəaliyyət göstərən kafelərdən birində işlədiyini deyib.
Ailə körpənin anasını tapmaq üçün aidiyyatı qurumlara müraciət etsə də bir nəticə yoxdur. Onlar Hüseyni aidiyyatı orqanlara təhvil vermək istəyirlər.
Ancaq qonşular azyaşlının anasının gələcəyinə də ümid edirlər.