XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 Avqust 2016 - 12:21

Bakıda iki bacıdənizdə batıb

Bakıda iki bacı dənizdə batıb.

Lent.az-ın məlumatına görə, dünən axşam saatlarında Novxanı qəsəbəsinin dəniz sahili ərazisində (Aqua Parkdan Pirşağıya gedən istiqamətdə boş ərazidə) Göyçay rayon sakinləri – 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə boğularaq ölüb.

Bildirilir ki, iki bacı valideynləri ilə birgə dünən çimərliyə gedib. Valideynləri qızlar göbəyədək suda olarkən onları nəzarətdə saxlayırmış. Bu zaman bir anlıq uşaqlardan gözlərini çəkən valideynlər az sonra onların suda itdiyinə görüblər və kömək çağırıblar.

S.Əliyevanın meyiti dərhal tapılaraq sudan çıxarılıb. 14 yaşlı Aytacın meyitinin tapılması istiqamətində iş davam etdirilir. Qeyd edək ki, qızların boyu 150-155 santimetr arası olub və üzməyi bacarmırlarmış.