Dənizdə batan 14 yaşlı qızın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə, nəzarət olunmayan ərazidə batmış 2002-ci il təvəllüdlü Əliyeva Aytac Vasif qızının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 120 metr aralıda sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.