XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 August 2016 - 13:09

Bakıda türkün evindən40 min avro, 10 min dollar və 10 min manat oğurlandı

Bakıda oğrular Türkiyə vətəndaşının evini qarət ediblər.

APA-nın məlumatına görə, naməlum şəxslər evdən külli miqdarda pul aparıblar. Hadisə rayonun Kaveroçkin küçəsində qeydə alınıb.  Belə ki, sözü gedən ünvanda yaşayan Türkiyə vətəndaşı 1960-ci il təvəllüdlü Elgün Cumhur Elgun oğlunun mənzilinə  daxil olan naməlum şəxs və ya şəxslər oradan 40 min avro, 10 min ABŞ dolları və 10 min Azərbaycan manatı  oğurlayıblar. Dərhal Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib. Mənzilə baxış keçirən polis əməkdaşları oradan barmaq izləri götürüblər.

Aparılan araşdırmalar  zamanı məlum olub ki, oğrular Türkiyə vətəndaşının yaşadığı mənzilə açar seçmə yolu ilə daxil olublar.

Hazırda  sözü gedən oğurluq hadisəsinin kim tərəfindən törədilməsi Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən araşdırılır.