XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 07:56

Əfv siyahısına düşə biləcək siyasilərin SIYAHISI

“Əvvəldən də dediyimiz kimi, bizim işlərimiz yekunlaşıb, hər şey hazırdır. Növbəti həftənin birinci günü İnsan Haqları üzrə Birgə İşçi Qrupunun yığıncağı keçiriləcək”.

Bu barədə Modern.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

O qeyd edib ki, 23 nəfərdən ibarət siyahıda hər hansı dəyişiklik olmayıb: “İşçi Qrupunun siyahısında kimlərin adının olduğunu birinci gün biləcəyik. Görüşdə ümumi məsələlər də müzakirə olunacaq”.

Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun ölümündə günahlandırılaraq ömürlük həbs cəzası alan Vüqar Əliyevin də əfv ərizəsi yazmasına gəlincə, Novella Cəfəroğlu deyib ki, onun adı müəmmalı işlər siyahısında qeyd olunub:

“öz siyahımızdan əlavə, bizə daxil olan ərizələr əsasında hazırlanan siyahılar da var, onlar xəstə, müəmmalı işlər adı altında müzakirəyə çıxarılır. Lamiyə Quliyevanın azadlığa çıxamasından sonra işinə yenidən baxılması üçün Vüqar Əliyevin adı müəmmalı işlər siyahısına salınıb”.

Siyahıda kimlərin adlarının olmasına gəlincə, hüquq müdafiəçisi bildirib ki, siyahını tam açıqlaya bilməzlər: “çünki bu siyahı ilə İşçi Qrupunun siyahısı fərqli olur. Həmçinin adı çəkilən şəxslərin əfv siyahısına düşməməsi ailə üzvlərində nigaranlıq yarada bilər”.

Buna baxmayaraq, hüquq müdafiəçisi bildirib ki, Əli İnsanovun adı mütləq şəkildə siyahıya salınıb:

“Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev, jurnalist Rauf Mirqədirov, hüquq müdafiəçiləri Arif Yunus və Leyla Yunus, Müsavat başqanın müavini Tofiq Yaqublu, REAL hərəkatının sədri İlqar Məmmədov da siyahıya salınıbmı” sualına cavab olaraq Novella Cəfəroğlu deyib:

“Bizim siyahıda hamısının adı var, kimlər əfvə düşəcək, bu cənab prezidentin səlahiyyətində olan məsələdir”.