Bakıda Nizami rayonu ərazisindəki bazardan qoz ləpəsi oğurlayan şəxs saxlanılıb.
ANS TV-nin məlumatına görə, Nizami rayon Polis İdarəsindən bildirilib ki, Şəki rayon sakini İlknur Sədirova məxsus 14 kiloqram qoz ləpəsi oğurlanıb. Məlumat daxil olan kimi Nizami rayon Polis İdarəsi əməkdaşları tərəfindən əməliyyat keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Raci Ağayev tutulub.