XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2015 - 20:25

Bələdiyyə sədri əmisi oğlunu güllələyib öldürdü
Yevlax rayonunda qətl hadisəsi baş verib.
Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Yuxarı Qaxun kəndində olub. Kənd sakini, 1952-ci il təvəllüdlü Famil Kamil oğlu Qədirov aralarında yaranan münaqişə zəminində öz əmisi oğlu, həmin kəndin sakini olan Sənan Şamil oğlu Qədirova qoşalülə ov tüfəngindən atəş açıb. Hadisə suvarma suyu üstündə baş verib. Belə ki, öldürülən şəxs Sənan Qədirov kəndə gələn suyu öz pay torpağına istiqamətləndirərək heç kəsin öz torpağını suvarmasına imkan verməyib. Bundan hiddətlənən kənd camaatı bələdiyyə sədrinə şikayət edib.
Bunu görən sədr kənd sakinlərinin öz torpaqlarını suvarmalarına imkan verməyən əmisi oğlunun yanına gəlib və ona hərəkətinin düzgün olmadığını izah edib. Lakin onlar arasında mübahisə yaranıb. Elə bu zaman Famil Qədirov özü ilə gətirdiyi ov tüfəngindən Sənan Qədirova atəş açıb. Sənan Qədirov aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
Hadisədən sonra Famil Qədirov könüllü olaraq Yevlax Rayon Polis Şöbəsinə gedərək təslim olub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə maddəsi) ilə cinayət işi açılıb(Azadliq.info).