XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 11:39

Gömrükdə daha bir əməliyyat –Narkotik ələ keçirildi

astara gomruk

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İrandan gələn, Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə Belarusa getmək istəyən Belarus vətəndaşının idarə etdiyi yük maşını saxlanılıb.
 
Strateq.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yük sənədlərinə əsasən “mərmər” yükü aparan sürücü ilə şifahi sorğu-sualdan sonra nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan, daha sonra isə maşındakı yük fiziki baxışdan keçirilib. Nəqliyyat vasitəsinin qoşqusunda olan mərmər yükünə baxış zamanı, mərmər plitələrin arasında, bir ədədinin içərisində xüsusi qaydada düzəldilmiş gizli saxlanc yerində, üzərində xüsusi möhürü, emblemi və nömrəsi  göstərilmiş  yastı-dördkünc formalı 3 ədəd bağlamada, xalis çəkisi 1985,0 qram təşkil edən narkotik vasitə – həşiş qətranı aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.