XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 12:42

İŞİD-ə qoşulmuş azərbaycanlıların məhkəməsi başlanıb

isid meh

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib. Prosesdə təqsirləndirilən Əfqan Şamxalovun vəkilinin müdafiə etdiyi şəxs barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair vəsatət təmin olunmayıb.

 Məhkəmə baxışı avqustun 29-a təyin edilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Elbrus Əzizov, Namiq Quliyev, İlahi Əzizov, Vaqif Talıbov, Elşən İsmayılov, Babək Şirinov, Əfqan Şamxalov, Mirzəbəyov Elman və Rasim Bədəlov qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirləndirilirlər.

Müəyyən edilib ki, həmin şəxslər 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.