XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 14:17

Həbs olunan bank işçilərinə yüngül cəza verildi –Məhkəmə qərarı

mehkeme 2

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən Atrabank ASC-nin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər – Turan Əliyev, Məzahir Bağırov, Yasəmən Dəmirçiyə hökm oxunub. Hökmə əsasən, onların hər birinə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə təqsirləndiriliblər.

APA