XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2015 - 07:43

Polis Zaqatalada külli miqdarda narkotik və silah tapdı

Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) APA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Aşağı Tala kənd inzibati ərazisində kənd sakini Xətai Bilal oğlu Mirzəyevə məxsus fındıq bağında kultivasiya üsulu ilə əkilmiş və aqrotexniki qaydada qulluq edilmiş çətənə kolları aşkarlanıb. Ərazidən çəkisi 275 kq olan ümumi sayı 500 ədəd çətənə bitkisi yığılıb. Həmçinin narkotik tərkibli bitkinin qorunması üçün istifadə olunan 20 çaplı qoşalülə ov tüfəngi də götürülüb.

Narkotik bitkini əkib-becərməkdə şübhəli bilinən kənd sakini, 1990-cı l təvəllüdlü Aslan Abdulla oğlu Əzizov tutulub, Xətai Mirzəyevin axtarışı davam edir.

Faktla bağlı araşdırma aparılır.