XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 August 2016 - 12:24

Gömrükdə daha bir əməliyyat –Narkotik vasitə aşkarlandı

astara gomruk

Astara Gömrük İdarəsinin əməkdaşları idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Astara Sərhəd Nəzarət Məntəqəsinin əməkdaşları ilə birlikdə əməliyyat tədbiri keçiriblər.

Strateq.az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, əməliyyat tədbiri nəticəsində, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı həmin şəxsin daxili orqanında xalis çəkisi 311,46 qram olan narkotik vasitə – tiryək aşkar olunub.

Faktla bağlı əlavə araşdırma aparılır.