XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

21 İyul 2015 - 12:01

Separatçılara ət daşıyan azərbaycanlı dəstə saxlandı – İlginc olay
Ukrayna könüllüləri işğal edilmiş Donetsk vilayətinə ət aparan azərbaycanlı alverçiləri yaxalayıb.
Strateq.az Anspress-ə istinadən xəbər verir ki, bu barədə “Pressa Ukrainı” qəzeti yazıb. 9 nəfər azərbaycanlı alverçidən 10 ton ət müsadirə edilib.
Ukrayna hakimiyyətinin qaçaqmalçılığa qarşı mübarizəyə cəlb etdiyi könüllülərdən biri Rodion Şovkoviçnıy qeyd edib ki, gecə vaxtı saxlanan azərbaycanlılar 5 maşında ət aparırmışlar. Onların dediyinə görə, əti Donetskdə ət satan azərbaycanlı alverçilərə təhvil verməli imişlər.
Könüllüləri saxladıqları azərbaycanlıları vergi xidmətinə təhvil veriblər. Ukrayna Cinayət Məcəlləsinə görə, azərbaycanlı alverçilərə 6 ilə qədər həbs cəzası verilə bilər.