XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 13:35

Cahangir Hacıyevin vəkilləri məhkəmənin tərkibinəetiraz edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə vəkillər Aqil Layicov və Fəxrəddin Mehtiyev məhkəmə tərkibinə etiraz ediblər. Bildiriblər ki, hazırlıq iclasının qərarında qaldırdıqları 6 vəsatətdən yalnız 2-si qeyd olunub. Bu da məhkəmənin obyektiv aparılmasına şübhə yaradır.

Digər təqsirləndirilən şəxslərin vəkilləri isə vəsatətləri müdafiə etməyib. Dövlət ittihamçısı vəsatətin əsaslandırılmadığını bildirib və buna görə də həmin vəsatətin baxılmamış saxlanılmasını istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
 
Prosesdə ittiham aktı elan edilib və təqsirləndirilən şəxslər özlərini ittihamlarda təqsirli bilməyiblər. Prosesdə fasilə elan edilib.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-c-ü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.