Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
Strateq.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi rəsmi xəbər yayıb.
Bildirilir ki, yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 0,52 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.