Xəzər dənizinin Xaçmaz rayonu ərazisində batan iki nəfərdən birinin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Quba rayonu Digah kənd sakinləri 1978-ci il təvəllüdlü Nəcəfov Roman Abdul oğlu və 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulublar.
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupunun axtarışları nəticəsində Roman Nəcəfovun meyiti batdığı yerdən 200 metr aralıda tapılıb. Elman Ömərovun axtarışları isə hazırda davam etdirilir.