XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2016 - 21:24

Prokuror sabiq nazirin qohumunun qətli ilə bağlıağır cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında X.İsgəndərovaya 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmənin növbəti prosesi avqustun 26-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F.İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.