XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

22 İyul 2015 - 12:00

DİN: Göygöldə polisə zorakılıq edən 3 nəfər həbs edilib

Göygöl rayonu ərazisində sərxoş vəziyyətdə ictimai qaydanı kobud şəkildə pozduqları üçün 3 nəfər zərərsizləşdirilərək saxlanılıb.

Məlumatda bildirilir ki, iyulun 20-də, saat 20 radələrində Göygöl rayonunun çaylı kəndində, kənd sakinləri Rəşid Əliyev, oğlu Rəşad və yaxın qohumları Rövşən Həsənov sərxoş vəziyyətdə ictimai qaydanı kobud şəkildə pozduqları üçün ərazidə xidməti vəzifələrini yerinə yetirən rayon polis şöbəsinin əməkdaşları Habil Əliyev və Ramin Həmidov onları intizama dəvət ediblər.

Polisin qanuni tələbinə riayət etməyən qayda pozucuları öz qanunazidd hərəkətlərini davam etdirərək asayış keşikçilərinə qarşı fiziki zor tətbiq ediblər. Dərhal görülmüş tədbirlər nəticəsində onların hər 3-ü zərərsizləşdirilərək saxlanılıblar.

Faktla əlaqədar rayon prokurorluğunda CM-nin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilən xuliqanlıq) maddələri ilə cinayət işi qaldırılıb(teleqraf.com).