Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 79 cinayət faktından 17-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 5 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 5 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.