XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2015 - 18:48

Oğul atanın qulağını kəsdi

Həkimlər atanı xilas edə biliblər

Goranboy rayonunun Ağamalıoğlu kəndinin 79 yaşlı sakini Qələndər Şamiyev müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Strateq.az bildiir ki, kənd sakininə qapalı kəllə-beyin travması, sol qulağın kəsilməsi, sağ qulağın zədələnməsi diaqnozu qoyulub. Həkimlərin müdaxiləsindən sonar yaşlı kişinin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qələndər Şamiyevin oğlu tərəfindən döyüldüyü bildirilir. Onun ruhi xəstə olduğu deyilir.

Goranboy Rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır.