XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2015 - 06:40

Tanınmış jurnalistin obyektində oğurluq olub

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Topaz” məntəqəsindən oğurluq olub.

Strateq.az Report-a istinadən xəbər verir ki, naməlum şəxslər gecə saatlarında obyektin qapısının qıfılını qıraraq oradan bir ədəd noutbuk oğurlayıblar.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis bolməsinin əməkdaşları cinayəti torədən şəxlərin axtarışlarını davam etdirir.

Oğurluq edilən “Topaz” məntəqəsini ANS televiziya kanalının keçmis idman jurnalisti Asif Bağırov işlədir.

A.Bağırov məlumatı təsdiqləyib. O, obyektdən noutbukla yanaşı, datakart və təxminən 400 manatlıq uduş kuponları da aparıldığını deyib.