XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2016 - 18:41

Həbsdəki MTN generalları bir – birinin üzünə durdu

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan iki generalı arasında üzləşdirilmə prosesi keçirilib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Məlumatda bildirilir ki, üzləşmə MTN-nin Anti-terror Mərkəzinin sabiq rəisi general-mayor Elçin Quliyevlə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general-mayor Akif Çovdarov arasında aparılıb.

Məlumatda qeyd olunur ki, üzləşməyə səbəb hər iki şəxsin istintaqa bir-birləri əleyhinə verdikləri ifadə olub.

Qeyd edək ki, hər iki general Eldar Mahmydovun mütəşəkkil dəstəsinin əsas simalarından olub (gununsesi.info).