XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 19:44

Jurnalistin ölümündə təqsirləndirilən şəxslərin kassasiya şikayətiicraata verildi

Jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin Ali Məhkəmədəki kassasiya şikayəti icraata verilib.
Bu barədə Lent.az-a vəkil Fariz Namazlı məlumat verib. O, bildirib ki, kassasiya şikayəti baxılması üçün Ali Məhkəmənin hakimi Fərhad Kərimovun icraatına verilib. Hələ şikayətin baxılacağı gün dəqiqləşdirilməyib.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin vəkilləri Şəmsəddin Quliyev və Rəsul Yusifbəylinin vəsatətləri təmin olunmamışdı. Buna görə vəkillər ilkin qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Jurnalist xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Səbael rayon Məhkəməsində Cavid Hüseynov 4 il müddətə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
C.Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.