Milli Parkın ərazisində intihar etmək istəyən şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədiylə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.
Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı çıxararaq aidiyyati üzrə təhvil veriblər.