XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 September 2016 - 18:24

Bakı bulvarında intihar:15 min manat borca görə özünü dənizə atdı

Bu gün Bakı bulvarında özünü dənizə ataraq intihar edən şəxsin kimliyi müəyyənləşib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Dənizkənarı Milli Parkın yeni salınmış hissəsində “Energy Club”un arxasında özünü dənizə ataraq intihar edən şəxsin Kələntərov Müşfiq Vaqif olması müəyyən edilib. Onun 40-45 yaşında olduğu bildirilir.

Hadisədən sonra M.Kələntərovun meyiti sudan çıxarılıb. Bu zaman onun cibindən borc müqaviləsi tapılıb. Müqavilədən məlum olub ki, M.Kələntərovun 15 min manat borcu varmış.

Bu gün saat 11:30 radələrində Dənizkənarı Milli Bulvar ərazisində (Yaxt klubun yaxınlığı) özünü dənizə atan qadının kimliyi də müəyyənləşdirilib. Lent.az-ın məlumatına görə, özünü dənizə ataraq həyatına son qoymaq istəyən şəxsin 1973-cü ildə Naxçıvan Respublikasının Ordubad rayonunda anadan olmuş, Binəqədi rayonunda yaşayan Cəfərova Şahnaz Əkrəm qızı olması məlum olub. Onun psixi durumunda problem olduğu bildirilir.