XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2015 - 08:23

Daşkəsəndə qoyun üstə dava: 2 nəfər ağır yaralandı

Daşkəsən rayonunda baş verən kütləvi dava nəticəsində dörd nəfər xəsarət alıb.

Strateq.az “Report”a istinadla bildirir ki, hadisə rayonun Əmirvar kəndinin ərazisində baş verib.

Belə ki, Şəmkir rayonunun Könüllü kəndinin sakinləri sürülərini otarmaq məqsədi ilə heyvanlarını Daşkəsən rayonunun ərazisindəki yaylaqlara gətiriblər.

İddiaya görə, yolda heyvanların bir hissəsi Daşkəsən rayonunun Əmirvar kənd sakinləri Alim Alıyev Fariz Məmmədova məxsus torpaq sahələrinə keçiblər. Nəticədə, çobanlarla torpaq sahibləri arasında yaranan mübahisə münaqişəyə çevrilib.

Kütləvi dava nəticəsində 1990-cı il təvəllüdlü Alim Alıyev beyin silkələnməsi diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Kəllə-beyin travması alan Fariz Məmmədovun vəziyyətinin ağır olduğu və Bakıya göndərildiyi bildirilir.

Daha iki həfərə isə ambulator yardım göstərilib.

Fakta bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.