XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2016 - 10:24

Xaçmazda ev yandı:ölən var

Xaçmazda beş otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz rayonun Yataqoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 105 m2 sahədə, 2-ci mərtəbəsində iki otağının yanar konstruksiyaları və ev əşyaları 52 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Nərgiz Ələsgər qızı Əsgərovanın yanmış meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.