Lənkəran şəhəri ərazisində baş verən ağır yol qəzası nəticəsində yaralananlardan iki nəfər Lənkəran Şəhər Mərkəzi Xəstəxanasından Bakıya gətirilir.
Bu barədə Trend-ə xəstəxanadan məlumat verilib.
Məlumatda bildirilib ki, hadisə nəticəsində ağır xəsarət alan 1979-cu il təvəllüdlü Akif Əbdülhəsən oğlu Nuriyev və 1994-cü il təvəllüdlü Elvin Həmzə oğlu Mirzəzadə ağır vəziyyətdədir. Hər iki şəxs ağır qapalı kəllə-beyin travması alıb. Yaralılar tomaqrafiya olunandan sonra təcili yardım briqadası ilə Bakıya göndərilib. Hadisə nəticəsində xəsarət alan difgər iki yaralının isə vəziyyəti kafidir.
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında Lənkəranın Boladi kəndi ərazisində baş verib. "VAZ-2106" və "Mercedes" markalı minik avtomobilləri toqquşması nəticəsində 5 nəfər ölüb, 4nəfər yaralanıb.
Ölənlər – sürücü Bəxtiyar Quliyev, sərnişinlər Əzizə Quliyeva, Bahar Bağırova, Nazilə Seyfullayeva, Reyhan Mahmudovadır.
Yaralılar isə 1974-cü il təvəllüdlü Elşən Balazər oğlu Ağazadə, 1979-cu il təvəllüdlü Eldar Zeynal oğlu Aslanov, 1979-cu il təvəllüdlü Akif Əbdülhəsən oğlu Nuriyev və 1994-cü il təvəllüdlü Elvin Həmzə oğludur.