XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 13:05

Hacıqabulda agır yol qəzası- DİN məlumat yaydı

Daxili İşlər Nazirliyi Hacıqabul rayonu ərazisində baş verən yol qəzası barədə məlumat yayıb.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 9-da saat 08 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsində Yevlax rayon sakini Elşad Qafarovun idarə etdiyi “Mercedes” və Sumqayıt şəhər sakini İzzət İsgəndərovun idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub. Nəticədə E.Qafarovun sərnişini, həmyerlisi Sabir Hüseynov hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.