XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 23:12

Bərdədə yanğın:iribuynuzlu heyvanlar tələf olub

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb.

Belə ki, kənddə vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 m2 sahədə və damına yığılmış 5.5 ton ot bağlamasının 2 tonu və 1.5 tonluq plastik su çəni yanıb. Yanğın zamanı tövlənin içərisində olan 3 baş iribuynuzlu heyvandan 2 baş heyvan tüstüdən boğularaq tələf olub.

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub və 1 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilib.
Yanğın saat 18:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.