XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

13 Sentyabr 2016 - 15:18

Qəza, yoxsa… –Kadırovun şəxsi mühafizəsinin rəisi “Alfa”nın sabiq rəisini öldürdü

Ramzan Kadırov

Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsinin eks-komandiri Yuri Torşin ölüb. 

Məlumata görə, Torşin motosikletinin qəzaya düşməsindən sonra vəfat edib. 

Onun motosikleti Çeçenistan Prezidenti Ramzan Kadırovun şəxsi mühafizəsinin rəisi Əbuzeyd Vismuradovun motosikleti ilə toqquşub. Vismuradov hazırda xəstəxanaya yerləşdirilib və kəllə-beyin travması alıb. 

Qeyd edək ki, Torşin Əfqanıstan müharibəsi, MDB-nin müxtəlif konflikt zonalarındakı savaşlarda, Çeçenistan müharibələrində iştirak edib. O, həmçinin çeçen mücahidlərinin qətlində əsas aktiv iştirakçılardan biri olub. 

Axar.az