XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 11:10

Bakı-Qazax yolunda qəza:4 nəfər yaralanıb

Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib, xəsarət alanlar var.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Hamlet Musayevin idarə etdiyi “VAZ 21011” və KİA markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-ın sürücüsü və digər avtomobildə olanlar – Şəmkir rayon sakinləri Mübariz Lətifoğlu, İsmət Rzayev və Mirmahmud Əliyev müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.