Daxili İşlər Nazirliyi (DİN) Sabunçu rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Trend nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 14-də saat 01 radələrində Sabunçu rayonunun Məhəmmədi kəndində kənd sakini Anar Səfərov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən həmkəndliləri Arzuman Salmanovu, Elbrus Zahidovu və Elçin Əliyevi vurub.
Nəticədə A.Salmanov və E.Əliyev hadisə yerində ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.