XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Sentyabr 2016 - 13:45

Rüfət Səfərov təcridxanada vəkillə görüşüb

rufet-11

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən, rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasında vəkili ilə görüşüb.

Bu barədə Trend-ə R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil bildirib ki, görüş zamanı o R.Səfərovun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb: "Rüfət özünü normal hiss edir, saxlanma şəraitindən narazılığı yoxdur. Qanunvericiliyə əsasən, o həftədə bir dəfə ailə üzvləri ilə görüşür". Vəkil bildirib ki, R.Səfərov barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü ala bilməyiblər. Məhkəmənin hökmü alınandan sonra hökmdən apelyasiya şikayəti veriləcək.

Müdafiəçi qeyd edib ki, o, hökmü almaq üçün bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanmıışdı.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.