Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmdən apellyasiya şikayəti verilib.
Bu barərə vəkil Bəhruz Bayramov məlumat verib.
O bildirib ki, məhkəmənin hökmünü hələ almadığı üçün bu gün Apellyasiya Məhkəməsinə ilkin şikayət verib: "Hökmü aldıqdan sonra isə şikayəti tam şəkildə çatdıracağıq"(APA).
Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində onun barəsində 9 illik həbs cəzası çıxarılıb.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.