XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2016 - 14:48

Bakı sakini 5 metr dərinliyindəquyuya düşdü

Bakının Səbail rayonunda 1 nəfər 5 metr dərinliyində quyuya düşüb.

Trend FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq dərinliyi 5 metr və diametri 2 metr olan çuxura düşmüş vətandaşı cıxarararaq aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 13:03-də başa çatıb.