Şirvan polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən şəhər sakini, 24 yaşlı Kamran Babayev saxlanılıb.
Trend Region TV-yə istinadən xəbər verir ki, K.Babayev Şirvan şəhəri, Təbriz küçəsi, 20 ünvanında yerləşən mənzilə basqın edərək, evdəki azyaşlıya xəsarət yetirib, oradan 10 min manat nağd pul və min manat dəyərində qızıl-zinət əşyaları götürüb.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Onun barəsində Şirvan şəhər məhkəməsi tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir.