XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

19 Sentyabr 2016 - 13:55

Həbsdə olan BTRİB-in baş direktoru 12 milyon mənimsəyib –Cinayət işi

hebs

Ötən il həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərindən biri, Beytulla Hüseynovun nədə ittiham olunduğu bəlli olub.

"Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) baş direktoru olan Beytulla Hüseynov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsənə) maddəsi ilə ittiham olunur.

Bu epizod üzrə B.Hüseynovun dövlət büdcəsindən təxminən 12 milyon manat mənimsədiyi aşkarlanıb.

Belə ki, B.Hüseynov rabitə tikililərinin inşa edilməsi üçün büdcədən ayrılan pulları faktiki olaraq özünün rəhbəri olduğu, formal olaraq isə Emin Məmmədov və Bayram Vəliyevin idarə etdiyi şirkətlər vasitəsilə "yuyub”.

Yəni, binaların inşası, telefon və internet xətlərinin çəkilməsi üçün elan edilən tenderdə qanunsuz müdaxilə ilə bu şirkətlər qalib elan olunub. B.Hüseynov bunun müqabilində isə ayrılan pulun 35-40 faizini özünə götürüb. Uzun müddət bu formada işləyib və ümumi olaraq dövlətin 12 milyon manatını bu yolla mənimsəyib(Qafqazinfo.az).

Qeyd edək ki, Beytulla Hüseynov, Emin Məmmədov, Bayram Vəliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.