XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2016 - 16:37

Cahangir Hacıyevin məhkəmə prosesi keçirilib:“Adıma 300 min dollar kredit götürülüb”

cahangir-haciyev

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Marja" xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, onların ölkə xaricində olması ilə bağlı sənədlər daxil olub və buna görə də prosesdə şahidlərin ifadəsi elan edilib.

Cahangir Hacıyevin vəkili Aqil Lahicov isə buna etiraz etsə də, digər vəkillər və prokuror ifadələrin elan olunmasına etiraz etməyib. Şahid Vüqar Sadıqovun ifadəsi elan olunarkən aydın olub ki, o, "İnter Security" əməkdaşı olub və adına 550 000 manat pul götürülüb. Şahidin istintaqa verdiyi ifadədə pulu görmədiyi və sənədlərə qol çəkdiyi bildirilib. Digər şahid Tərlan İsmayılov ifadəsində Məmməd Cahangirovu əvvəldən tanıdığını deyib: " Başqa bir iş üçün bankda olarkən Məmməd Cahangirov məndən şəxsiyyət vəsiqəmi istədi. Mənim adıma 300 000 manat kredit götürülüb. 2014-cü ilə qədər bu kreditlə bağlı mənə zəng olunmayıb. Amma Məmməd Cahangirov mənə demişdi ki, götürülən kreditlər ödəniləcək".

Prosesdə hal şahidi olmuş Ədalət Muradov isə ifadəsində bildirib ki, Azad Cavadovun bağ evində baxış keçirilən zaman yatağının altından patron və silah götürülüb: "Bunlarla yanaşı evdən qılıncı dəsti və of tüfəngi də aşkarlanıb. Azad Cavadovda orada dedi ki, tapança onun deyil. Ov tüfənginin isə sənədləri olub. Azad Cavadov isə protokola qol çəkməkdən imtina edib".

Maliyyə Bazarlarına Nəzarət Palatasının böyük inspektoru Ayaz Vəliyevin də ifadəsi elan olunub. O ifadəsində Beynəlxalq Bankda fiziki şəxslərin adına verilən kreditlər, eləcədə Cahangir Hacıyevin və yaxınların adına olan külli miqdarda olan kredit kartları vasitəsi ayırılan pulların verilməsi, xərclənməsi, ödənilməsi ilə bağlı yoxlama aparıldığını bildirib: "Lakib yoxlama zamanı kreditlərin ayrılması ilə bağlı qanunvericliyin tələbləri və qaydalarını riayət edilməyib. Bununla bağlı banka külli miqdarda ziyan vurulub".

Vəkil Azər Tağıyev deyib ki, ifadəsi elan olunan şahidlərin məhkəməyə gətirilməsi vacibdir. Təqsirləndirilən İbrahim Hüseynov bildirib ki, istintaqda ifadə verən bir neçə şəxs özünü onun rəhbəri olduğu "İnter Security" şirkətinin əməkdaşı ilə bağlı ifadə versə də, həmin şəxslər orda çalışmayıb. Buna görədə o, onların məhkəməyə çağırılmasını tələb edib. Vəkil Aqil Lahicov MBNP-ın baş inspektorunun dəvət edilməsini istəyib: "Ekspert hüquqi rəy verə bilməz ona görə prosesdə dindirilməlidir".

Hakim bildirib ki, şahidlər gələ bilmədiyi üçün ifadələri elan olunması ilə bağlı qərar qəbul edilib. Prosesdə sənədlərin tədbiqinə başlayıb. Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Günün ikinci yarısında keçirilən prosesdə vəkillər Azər Tağıyev və Aqil Layicov məhkəmə iclasına gəlməyib. Hakim bildirib ki, həmin şəxslər məhkəməyə gəlmədiyi üçün Vəkillər Kollegiyasiyana müraciət ediləcək. Proses sentyabrın 23-nə təxirə salınıb.