XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

20 Sentyabr 2016 - 10:58

Gömrükdə daha bir əməliyyat –Saxlanılan var

bilasuvar_gomruk_mentegesi_070815

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan əldə edilməsi, idxal edilməsi və satış məqsədilə daşınması barədə əməliyyat məlumatı daxil olub.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, həmin məlumat əsasında, Biləsuvar şəhəri ərazisində “VAZ 2107” markalı minik avtomobili saxlanılıb və baxış keçirilib.

Baxış zamanı minik avtomobilinin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan müxtəlif markalı cəmi 9600 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.