FETÖ-nun gizli proqramı Baylok istifadəçilərinə qarşı növbəti dəfə əməliyyat keçirilib.
Türk polisi tərəfindən ölkənin 15 vilayətində eyni vaxtda başlanan əməliyyatda 141 nəfər saxlanılıb.
Əksəriyyəti müəllim və həkim olan FETÖ üzvlərinin proqram istifadəçisi olduğu aydınlaşıb.
Saxlanılanlar həkim müayinəsindən keçdikdən sonra vilayət prokurorluqlarına aparılıb.
Axar.az