XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2016 - 17:42

Abbas Abbasovun qardaşı ilə bağlı məhkəmə işi –Proses təxirə salındı

abbas-abasov

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasovun qardaşı Nadir Abbasovun rəhbərlik etdiyi şirkətə qarşı şikayət üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Hakim Raqib Qurbanovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 27-nə təyin olunub(APA).

Xatırladaq ki, Abbas Abbasovun qardaşı Nadir Abbasovun məhkəməyə verilməsi ilə yanaşı, onun vergi borcuna görə ölkədən çıxışına qadağa qoulması xəbərini dünən ilk olaraq Strateq.az yayıb.

Həmin məlumatda bildirmişdik ki, "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti N. Abbasov və onun baş direktoru olduğu “NAA Universal” Məhdud Məsuliyyəti Cəmiyyətini məhkəməyə verib. Səbəb isə N. Abbasovun illər əvvəl bağlanan müqavilənin şərtlərinə əməl etməməsi göstərilib.

"Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC məhkəməyə müraciət edərək bağlanmış müqaviləyə xitam verilməsini tələb edib.

Nəsimi Rayon Məhkəməsi müraciəti təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.