XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 15:06

Mərdəkan-Buzovna yolundaölümlə nəticələnən yol qəzası

Bakı şəhəri, Xəzər rayonu Mərdəkan-Buzovna avtomobil yolunun 6-cı km-də “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Aslanov Elman Yaqub oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:46-da başa çatıb.