XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 22:51

Keçmiş valilər və futbolçular haqda daha bir sərt qərar –FETÖ qalmaqalı

Hakan

"Qalatasaray" klubu "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə əlaqədə ittiham olunan üzvlərini klubdan xaric edib. 

Bu gün məsələ ilə bağlı "Qalatasaray"ın İntizam komissiyasının iclası keçirilib. İclasda keçmiş futbolçular Hakan Şükür, Arif Ərdəm, İsmayıl Dəmiriz, eləcə də İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu və Bursa vilayətinin keçmiş valisi Şəhabəddin Harputun məsələsinə baxılıb. Komissiya bu şəxslərin klub üzvlüyündən xaric olunmasına qərar verib.

Xatırladaq ki, barələrində cinayət işi olan H. Şükür və A. Ərdəm hazırda mühacirətdə, H. A. Mutlu və Ş. Harput isə Türkiyədə həbsdədir. İ. Dəmiriz saxlanılsa da, dindirildikdən sonra sərbəst buraxılıb.

APA.az